Azərbaycanda avtobus istifadəçilərinin sayı 30%-dən çox artıb

Azərbaycanda avtobus istifadəçilərinin sayı 30%-dən çox artıb
# 18 noyabr 2022 10:06 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda avtobuslarla 1 076 552,3 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 30,2% çoxdur.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə minik taksilərindən 68 467,3 min nəfər istifadə edib ki, bu da illik müqayisədə 7,7% azdır.

Xatırladaq ki, ötən il Azərbaycanda avtobuslarla 1 032 999,8 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 2,1% azdır.

Hesabat dövründə, minik taksilərindən 86 944 min nəfər istifadə edib ki, bu da illik müqayisədə 93,5% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR