Azərbaycanda avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 24%-dək artıb

Azərbaycanda avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 24%-dək artıb
# 15 avqust 2022 09:56 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 68,3 mln. ton yük, 777 mln. sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə qeyd oolunan göstəricilər üzrə müvafiq olaraq 11,3% və 23,6% artım qeydə alınıb.

“Sərnişinlərin 94,2%-i avtobus, 5,8%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 17,9%, sərnişin dövriyyəsi isə 22,9% artıb”, - məlumatda qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR