Azərbaycanda avtomobil nəqliyyatı ilə yükdaşımalar 3% artıb

Azərbaycanda avtomobil nəqliyyatı ilə yükdaşımalar 3% artıb
# 19 noyabr 2019 18:54 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 125,9 mln. ton yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9% çoxdur.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən dövr ərzində avtomobil nəqliyyatı ilə 1 474 mln. sərnişin daşınıb ki, bu da 2,3%-lik artım deməkdir.

Məlumata əsasən, sərnişinlərin 95,9%-i avtobus, 4,1%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Hesabat yük dövriyyəsi 2,9%, sərnişin dövriyyəsi isə 2,4% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR