Azərbaycanda bu il 244 km-dən artıq yeni qaz xətləri çəkilib

Azərbaycanda bu il 244 km-dən artıq yeni qaz xətləri çəkilib
# 10 iyun 2022 12:05 (UTC +04:00)

"Azəriqaz" İstehsalat Birliyi bu ilin yanvar-may aylarında Azərbaycanda 244,5 km uzunluğunda yeni qaz xətləri çəkib.

"APA-Economics"in xəbərinə görə, bunu "Azəriqaz" İstehsalat Birliyinin (İB) Baş direktorunun satış üzrə direktoru Rəşad Cavadov "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Rəşad Cavadov qeyd edib ki, hesabat dövründə çəkilən qaz xətlərinin 31,1km-i Bakı və Abşeronun, 212,4 km isə regionların payına düşüb.

Baş direktorun müavini onu da qeyd edib ki, 2022-ci ilin qazlaşdırma proqramı çərçivəsində, 69 kəndin və 62 yeni yaşayış massivinin qazlaşdırılması planlaşdırılıb. Hazırda qeyd olunan qazlaşdırma obyektlərinin müvafiq olaraq 37 (bir kəndə qaz verilib) və 50-də (1 yeni yaşayış massivinə artıq qaz verilib) işlər aparılır.

İyunun 1-nə ölkə üzrə qazlaşma səviyyəsi 96,3% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR