Azərbaycanda bu il avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 18% artıb

Azərbaycanda bu il avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 18% artıb
# 18 may 2022 13:32 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 38 mln. ton yük, 420,2 mln. sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 9,8% və 18,4 % artım qeydə alınıb.

“Sərnişinlərin 94,8%-i avtobus, 5,2%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib”, - məlumatda qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR