Azərbaycanda bu il avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 21% artıb

Azərbaycanda bu il avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 21% artıb
# 20 iyun 2022 10:30 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 48,1 mln. ton yük, 540,4 mln. sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə sözügedən göstəricilər üzrə müvafiq olaraq 11,2% və 21,3% artım qeydə alınıb.

Məlumata görə, sərnişinlərin 94,5%-i avtobus, 5,5%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR