Azərbaycanda bu il sərnişin və yük daşımaları artıb

Azərbaycanda bu il sərnişin və yük daşımaları artıb
# 18 may 2022 11:50 (UTC +04:00)

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda yük və sərnişin daşımaları əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 7,7% və 36,5% artıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 67,3 mln. ton yük daşınıb. Yüklərin 3,1%-i dəniz, 8%-i dəmir yolu, 0,3%-i hava, 56,4%-i avtomobil nəqliyyatı, 32,2%-i isə boru kəməri ilə daşınıb.

Məlumata görə, qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 8,5% artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 77,5% təşkil edib.

Qeyd olunur ki, 2022-ci ilin yanvar-aprel aylarında nəqliyyatçılar 485,5 mln. sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 86,5%-i avtomobil nəqliyyatı, 13,1%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR