Azərbaycanda bu il yük və sərnişin daşımaları artıb

Azərbaycanda bu il yük və sərnişin daşımaları artıb
# 14 sentyabr 2022 15:06 (UTC +04:00)

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11,8% və 37,7% artıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 139,1 mln. ton yük daşınıb.

“Yüklərin 3,6%-i dəniz, 8,5%-i dəmir yolu, 0,2%-i hava, 57,2%-i avtomobil nəqliyyatı, 30,5%-i isə boru kəməri ilə daşınıb”, - məlumatda qeyd olunur.

Məlumata görə, qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 11,9% artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 77,9% təşkil edib.

Qeyd olunur ki, 2022-ci ilin yanvar-avqust aylarında nəqliyyatçılar 1 024,9 mln. sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,1%-i avtomobil nəqliyyatı, 12,5%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR