Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı artıb

Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı artıb
# 24 may 2022 16:29 (UTC +04:00)

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 107 552 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.

Əmlak Məsələləri Dövlət Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,2% çoxdur.
4 aylıq göstəricinin 26.354-ü (24,5%-i) ilkin, 81.198-i (75,5%-i) isə təkrar qeydiyyatın payına düşüb.

Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-aprel ayları ərzində ilkin qeydiyyat 13,7% artıb.
Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 15.037-i fərdi yaşayış və bağ evi, 26.975-i mənzil, 61.841-i torpaq sahəsi, 1.147-i qeyri-yaşayış binası, 2.261-i qeyri-yaşayış sahəsi, 274-ü əmlak kompleksi, 16-sı çoxmərtəbəli yaşayış binası, 1-i isə çoxillik əkmələrdir.

Qeyd edək ki, cari ilin yanvar-aprel ayları ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 28.397-si Bakı şəhərinin, qalanları isə bölgələrin payına düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR