Azərbaycanda daşınmaz əmlakın alqı-satqısı, qeydiyyatı ilə bağlı prosedurlar sadələşəcək

Azərbaycanda daşınmaz əmlakın alqı-satqısı, qeydiyyatı ilə bağlı prosedurlar sadələşəcək
# 27 yanvar 2023 16:10 (UTC +04:00)

Daşınmaz əmlakın alqı-satqısı, qeydiyyatı ilə bağlı prosedurlar sadələşəcək.

"APA-Economics" xəbər verir ki, bunu Əmlakın qeydiyyatı və icarəsi işçi qrupu rəhbərinin müavini, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”nin İdarə Heyətinin sədri Nigar Alimova deyib.
O bildirib ki, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı əvvəllər dörd prosedurun həyata keçirilməsi bir həftə zaman tələb edirdisə, yeniliyə əsasən
bir gün ərzində cəmi bir prosedurla daşınmaz əmlakın qeydiyyatı həyata keçiriləcək. Bu, eyni zamanda daşınmaz əmlakın qeydiyyatlı ilə bağlı əlavə xərcləri azaldacaq.

Nigar Alimova əlavə edib ki, daşınmaz əmlakın “bir pəncərə” prinsipi əsasında dövlət qeydiyyatı daşınmaz əmlakın bölgü planlarını, ər-arvadın ümumi əmlakdakı paya dair şəhadətnamələr, nisyə alqı-satqı zamanı son ödənişlə bağlı sənədləri, birgə mülkiyyətin paylı mülkiyyətə çevrilməsi barədə razılıq sənədlərini, beh müqavilələrini də əhatə edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR