Azərbaycanda dəmir yolları ilə sərnişindaşımalar 27% artıb

Azərbaycanda dəmir yolları ilə sərnişindaşımalar 27% artıb
# 18 oktyabr 2019 16:57 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 10,9 mln. ton yük daşınıb, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 6,2% çoxdur.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən dövr bu nəqliyyat növü ilə 2,5 mln. sərnişin daşınıb (27,2% artım müşahidə olunub).

Məlumata əsasən, 9 ay ərzində orta hesabla sutkada 291 vaqon yüklənilib, 417 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 11,6 min ton, Qərb istiqaməti üzrə 4,3 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR