Azərbaycanda dəmir yolları ilə sərnişindaşımalar 32% artıb

Azərbaycanda dəmir yolları ilə sərnişindaşımalar 32% artıb
  • Clock-gray 10:57
  • calendar-gray 22 Noyabr 2019

Bu ilin yanvar-oktyarb aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 12,5 mln. ton yük daşınıb ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 9,1% çoxdur.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən dövr ölkədə dəmir yolu nəqliyyatı ilə 3 mln. sərnişin daşınıb, bu da 32,2% artım deməkdir.

Məlumata əsasən, orta hesabla yanvar-oktyabrda sutkada 298 vaqon yüklənib, 431 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 11,8 min ton, Qərb istiqaməti üzrə 4,3 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date