Azərbaycanda dəmir yolu ilə sərnişin daşımaları 55%-dən çox artıb

Azərbaycanda dəmir yolu ilə sərnişin daşımaları 55%-dən çox artıb
# 21 fevral 2023 14:29 (UTC +04:00)

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2023-cü ilin yanvar ayında 1,5 mln. ton yük, 478,5 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2022-ci ilin yanvar ayı ilə müqayisədə yük daşınmasında 19,8%, sərnişin daşınmasında isə 55,4% artım müşahidə olunub.

“Orta hesabla sutkada 356 vaqon yüklənib, 380 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 16,6 min ton, Qərb istiqaməti üzrə 2,6 min ton, Cənub istiqaməti üzrə isə 0,9 min ton yüklənmə işi yerinə yetirilib”, - məlumatda qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR