Azərbaycanda dəmir yolu ilə sərnişin daşımaları 95%-dək artıb

Azərbaycanda dəmir yolu ilə sərnişin daşımaları 95%-dək artıb
# 18 may 2022 15:04 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 5,4 mln. ton yük, 1 341,7 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə 2021-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 10,5%, sərnişin daşınmasında isə 94,7% artım müşahidə olunub.

Məlumata görə, hesabat dövründə orta hesabla sutkada 310 vaqon yüklənib, 361 vaqon isə boşalıb.

“Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 14,1 min ton, Qərb istiqaməti üzrə 3,5 min ton, Cənub istiqaməti üzrə isə 0,6 min ton yüklənmə işi yerinə yetirilib”, - məlumatda qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR