Azərbaycanda dəmir yolu ilə sərnişin daşımaları kəskin artıb

Azərbaycanda dəmir yolu ilə sərnişin daşımaları kəskin artıb
# 19 yanvar 2022 11:36 (UTC +04:00)

Ötən il Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 15,1 mln. ton yük, 2 825,8 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2020-ci illə müqayisədə yük daşınmasında 3%, sərnişin daşınmasında isə 33% artım müşahidə olunub.

"Orta hesabla sutkada 361 vaqon yüklənmiş, 351 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 17,6 min ton, Qərb istiqaməti üzrə 3,3 min ton, Cənub istiqaməti üzrə isə 0,7 min ton yüklənmə işi yerinə yetirilib", - məlumatda qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR