Azərbaycanda dəmir yolu ilə sərnişindaşımaların həcmi 22% artıb

Azərbaycanda dəmir yolu ilə sərnişindaşımaların həcmi 22% artıb
# 19 iyul 2019 11:22 (UTC +04:00)

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 7 mln ton yük və 1,6 mln. sərnişin daşınıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2018-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 3,2%, sərnişin daşınmasında isə 21,8% artım müşahidə olunub.

“Orta hesabla sutkada 283 vaqon yüklənib, 387 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 11,2 min ton, Qərb istiqaməti üzrə 4,3 min ton, Cənub istiqaməti üzrə isə 0,7 min ton yüklənmə işi yerinə yetirilib”, - deyə Komitənin məlumatında bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR