Azərbaycanda dəniz nəqliyyatı ilə daşımalarının 42%-i neft yüklərinin payına düşüb

Azərbaycanda dəniz nəqliyyatı ilə daşımalarının 42%-i neft yüklərinin payına düşüb
# 18 may 2022 16:17 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2 068,3 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,7% artıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə daşınmış yüklərin 42,1%-ni neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 3 516,3 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 3 315,4 min tonunu və ya 94,3%-i tranzit yüklər təşkil edib.

2022-ci il may ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 71,8 min ton olub.

“Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2021-ci ilin müvafiq dövrünə nisbətən 2,3 faiz artaraq 4,4 min nəfər olub”, - məlumatda qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR