Azərbaycanda dəniz nəqliyyatı ilə yük daşımalar kəskin azalıb

Azərbaycanda dəniz nəqliyyatı ilə yük daşımalar kəskin azalıb
# 19 oktyabr 2019 13:04 (UTC +04:00)

Azərbaycanda 2019-cu ilin yanvar-sentyabr aylarında dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 4478,2 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 27,5% azalıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ötən dövr daşınmış yüklərin 34,4%-ni neft yükləri təşkil edib.

Məlumata əsasən, dəniz limanları tərəfindən 6074,8 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 5564,2 min tonunu və ya 91,6% tranzit yüklər təşkil edib.

“Bu ilin oktyabr ayının 1-nə limanlarda qalan yüklərin həcmi 176,7 min ton olub. Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2018-ci ilin müvafiq dövrünə nisbətən 30,6% artaraq 15,8 min nəfərə bərabər olub”, - məlumatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR