Azərbaycanda dəniz nəqliyyatı ilə yükdaşımalar 26,5% azalıb

Azərbaycanda dəniz nəqliyyatı ilə yükdaşımalar 26,5% azalıb
# 17 sentyabr 2019 10:29 (UTC +04:00)

Azərbaycanda bu ilin yanvar-avqust aylarında dəniz nəqliyyatı ilə 4087,9 min ton yük daşınıb, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 26,5% azdır.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə dəniz nəqliyyatı ilə daşınmış yüklərin 35,1% neft yüklərinin payıda düşüb.

Məlumata əsasən, bu ilin 8 ayında dəniz limanları tərəfindən 5403,2 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib. Yüklərin 4937 min tonunu və ya 91,4%-ı tranzit yüklər təşkil edib.

“Bu ilin isentyabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 157,8 min ton olub”, - məlumatda bildirilir.

Bundan başqa, ötən dövr ərzində dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı 2018-ci ilin müvafiq dövrünə nisbətən 24,8% artaraq 13,6 min nəfər təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR