Azərbaycanda ƏDV ödəyicilərinin 16%-i fəaliyyətini bərpa edib

Azərbaycanda ƏDV ödəyicilərinin 16%-i fəaliyyətini bərpa edib
# 22 iyul 2022 14:13 (UTC +04:00)

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda fəaliyyəti aktivləşən (bərpa edilən) hüquqi şəxslərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 19,8%, fəaliyyəti aktivləşən ƏDV ödəyicilərinin sayı isə 15,6% artıb.

Dövlət Vergi Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, 2022-ci ilin iyul ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 89,3%-i məhdud məsuliyyətli cəmiyyət, 1,4%-i səhmdar cəmiyyət, 1,2%-i kooperativ və s. formalarda yaradılıb.

Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 2022-ci ilin ilk 6 ayında 946 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət (2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 64 vahid çox) qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 12,4%, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 16,1% təşkil edib.

Ümumiyyətlə, ilin əvvəlindən icra olunan elektron qeydiyyat ərizələrinin 4622-si və ya 83%-i “Asan imza” ilə təqdim olunub. 2022-ci ilin iyul ayının 1-nə qeydiyyatda olan publik hüquqi şəxslərin sayı 357-dir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR