Azərbaycanda əhalinin adambaşına düşən beynəlxalq internet trafikinin həcmi artıb

Azərbaycanda əhalinin adambaşına düşən beynəlxalq internet trafikinin həcmi artıb
# 05 sentyabr 2019 12:38 (UTC +04:00)

Azərbaycanda 2018-ci ildə əhalinin adambaşına düşən beynəlxalq internet kanallarının (trafikinin) həcmi 83,5 Kbit/s olub ki, bu da 2017-ci ilin göstəricisindən təxminən 5% çoxdur. Bu barədə “APA-Economics”ə Dövlət Statistika Komitəsindən bildirilib.

Komitənin məlumatına görə, ötən il ölkə əhalisinin hər 100 nəfərinə düşən internet istifadəçilərin sayı 80 nəfər olub. Bu göstərici 2017-ci illə müqayisədə 1,2% çoxdur. Hesabat ilində əhalinin hər 100 nəfərindən 75-i genişzolaqlı internet istifadəçisi olub ki, bu da 2017-ci illə müqayisədə 2,7% çoxdur.

İnternetdən istifadə tarifinin hər nəfərə düşən orta aylıq ümumi milli gəlirə nisbəti son iki il ərzində dəyişməz olaraq 0,2% səviyyəsində qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR