Azərbaycanda əhaliyə satılan sudan gəlirlər kəskin artıb  

Azərbaycanda əhaliyə satılan sudan gəlirlər kəskin artıb  
# 26 aprel 2022 15:37 (UTC +04:00)

Ötən il Azərbaycanda kəmərlər ilə satılmış sudan 195 993,3 min manat gəlir əldə olunub, bu da illik müqayisədə 46,3% çoxdur.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2020-ci ildə sözügedən göstərici 133 954,8 min manat səviyyəsində olub.

Məlumata görə, hesabat dövründə su satışından əldə edilən gəlirlərinin 123 004,8 min manatı əhali abonent qrupu üzrə olub, bu da 2020-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 78,5% çoxdur.

Qeyd edək ki, 2020-ci ildə əhali üzrə satılan sudan 68 912,3 min manat gəlir əldə olunub.

Komitənin məlumatında bildirilir ki, 2021-ci ildə abonentlərə 312 321,6 min kubmetr su verilib, bunun 238 324,7 min kubmetri əhalinin payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR