Azərbaycanda "eTIR" proseduru istifadəyə veriləcək

Azərbaycanda "eTIR" proseduru istifadəyə veriləcək
# 19 may 2022 12:44 (UTC +04:00)

Beynəlxalq daşımaların elektronlaşdırılması çərçivəsində Azərbaycanda "eTIR" (elektron icazələr - red.) prosedurunun istifadəyə verilməsi planlaşdırılır.

"APA-Economics" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Gömrük nəzarətinin təşkili və ticarətin asanlaşdırılması idarəsinin rəis müavini Samir Qaralov "Azərbaycanda beynəlxalq avtomobil daşımalarının perspektiv inkişafına həsr olunmuş konfrans"da bildirib.

Onun sözlərinə görə, bununla bağlı Komitə tərəfindən texniki uyğunluq üzrə tədbirlər bitmək üzrədir.

Samir Qaralov onu da əlavə edib ki, yaxın vaxtlarda Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) ilə müvafiq sənədin imzalanması planlaşdırılır.

Qeyd edək ki, konfrans TRACECA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Koridoru), USAID və KAZLOGISTICS tərəfindən təşkil edilmiş və 16-22 may tarixlərini əhatə edən Xəzər və Qara dəniz limanları vasitəsilə Mərkəzi Asiya-Avropa İttifaqı marşrutu üzrə ticarətin artırılması imkanları mövzusunda təlim turu (RoadShow/StudyTour) çərçivəsində keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR