Azərbaycanda "Facebook" istifadəçilərinin fəallığı martda azalıb

Azərbaycanda "Facebook" istifadəçilərinin fəallığı martda azalıb
# 04 may 2022 16:26 (UTC +04:00)

Bu ilin aprel ayında Azərbaycanda "Facebook" istifadəçilərinin fəallığı mart ayı ilə müqayisədə 21,9 faiz bəndi azalıb.

"APA-Economics"in "Global Stats" statistika mərkəzinin hesabatı əsasında apardığı hesablamalara görə, bu il mayın 1-nə "Facebook"un Azərbaycanın sosial media bazarında payı 27,7% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 13 faiz bəndi çoxdur.

Populyarlığına görə "Facebook" ölkənin sosial media bazarında birinci yerdədir.
Populyarlığına görə ikinci yerdə "YouTube" qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı aprel ayı ərzində 2,7 faiz bəndi artıb. "YouTube"nin Azərbaycan bazarında payı bu ilin may ayının 1-nə 20,8% təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 8,6 faiz bəndi azdır.

Bu ilin aprel ayı ərzində ölkə üzrə "Pinterest" şəbəkəsinin istifadəçilərinin fəallığı 8,5 faiz bəndi artıb. Mayın 1-nə olan məlumata görə, "Pinterest" Azərbaycanın sosial media bazarında 17,6% bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,9 faiz bəndi çoxdur.

Digər sosial şəbəkələrin pay bölgüsü belədir: "Instagram" – 17,4, "Twitter" – 7,6%, “VKontakte” – 3,87%, “Tumblr” – 2,5% və s.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR