Azərbaycanda "Facebook" istifadəçilərinin sayı 5,3 milyonu ötüb

Azərbaycanda "Facebook" istifadəçilərinin sayı 5,3 milyonu ötüb
# 21 aprel 2022 17:01 (UTC +04:00)

Bu ilin mart ayında Azərbaycanda "Facebook" sosial şəbəkə istifadəçilərinin sayı fevral ayı ilə müqayisədə 4,1% və ya 208,6 min nəfər artıb.
"APA-Economics"in əldə etdiyi məlumata görə, aprelin 1-i tarixinə ölkə üzrə 5 312,2 min nəfər aktiv "Facebook" istifadəçisi qeydə alınıb ki, bu da ölkə əhalisinin 51,6%-ni təşkil edir.
Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə "Facebook" istifadəçilərinin sayı 22,5% və ya 975,2 min nəfər artıb. İstifadəçilərin 61%-i kişilər, 39%-i isə qadınlardır.
Ən böyük istifadəçi qrupu 25-34 yaş arası insanlardan (1 812,7 min nəfər) ibarət olub.
Kişilər və qadınlar arasında ən böyük fərq 25-34 yaş arasında olan insanlar arasında müşahidə olunur ki, burada kişilər 1,11 mln. nəfərlə liderlik edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR