Azərbaycanda fişinq hücumlarının sayı azalıb

Azərbaycanda fişinq hücumlarının sayı azalıb
# 04 may 2022 16:57 (UTC +04:00)

Bu ilin aprel ayında Azərbaycanın ".az" domenində olan saytların hər 26-sı nəticə etibarı ilə bir uğurlu fişinq hücumu ilə üzləşib.

"APA-Economics"in "Netcraft" analitik şirkətinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ay ərzində Azərbaycan saytlarının 1509-a yaxını fişinq hücumunun qurbanı olub ki, bu da ümumi qeydiyyatdan keçən saytların 3,9%-ni təşkil edir.

Cari ilin aprel ayı ərzində mart ilə müqayisədə fişinq hücumlarının sayında 18,4% azalma müşahidə olunub.

Qeyd edək ki, bu günə ".az" domenində 39,2 mindən çox sayt qeydiyyatdan keçib.
"Netcraft"ın məlumatına görə, ay ərzində Ukraynada hər 128, Rusiyada 107, Belarusda 703, Latviyada 99, Litvada 115, Estoniyada 571, Qazaxıstanda 218, Özbəkistanda 186, Tacikistanda 126, Qırğızıstanda 363, Gürcüstanda 125, Ermənistanda isə 222 sayta bir uğurlu fişinq hücumu düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR