Azərbaycanda fişinq hücumlarının sayı azalıb

Azərbaycanda fişinq hücumlarının sayı azalıb
# 06 sentyabr 2022 09:34 (UTC +04:00)

Bu ilin avqust ayında Azərbaycanın ".az" domenində olan saytların hər 102-si nəticə etibarı ilə bir uğurlu fişinq hücumu ilə üzləşib.

"APA-Economics"in "Netcraft" analitik şirkətinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ay ərzində Azərbaycan saytlarının 390-nı fişinq hücumunun qurbanı olub ki, bu da ümumi qeydiyyatdan keçən saytların 1%-ni təşkil edir.

Cari ilin avqust ayı ərzində iyul ilə müqayisədə fişinq hücumlarının sayında 11,6% azalma müşahidə olunub.

Qeyd edək ki, bu günə ".az" domenində 40 minə yaxın sayt qeydiyyatdan keçib. "Netcraft"ın məlumatına görə, ay ərzində Ukraynada hər 142, Rusiyada 86, Belarusda 462, Qazaxıstanda 155, Özbəkistanda 248, Tacikistanda 131, Qırğızıstanda 357, Gürcüstanda 129, Ermənistanda isə 128 sayta bir uğurlu fişinq hücumu düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR