Azərbaycanda hava nəqliyyatı ilə daşımalar artıb

Azərbaycanda hava nəqliyyatı ilə daşımalar artıb
# 20 iyun 2022 10:30 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycanda hava nəqliyyatı ilə 610,4 min və ya əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 2,6 dəfə çox sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, daşımaların 99,8%-i dövlət, 0,2%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

“Bu nəqliyyat növü ilə yükdaşıma 17,5% artaraq 214,5 min ton olub”, - məlumatda qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR