Bakıda hazır metal məmulatların istehsalı kəskin azalıb

Bakıda hazır metal məmulatların istehsalı kəskin azalıb
# 01 avqust 2019 15:49 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Bakıda metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 192,8 mln. manatlıq məhsul istehsal olunub.

APA-Economics”in Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə metallurgiya sənayesində 32,1%, hazır metal məmulatlarının istehsalı sahəsində isə 48,6% azalma müşahidə olunub.

Ötən ilin yanvar-iyun aylarına nisbətən sahə üzrə qara metallardan sair konstruksiyaların istehsalı isə 4,5 dəfə artıb, armaturun istehsalı 3,7%, alüminium çubuqlar, millər və profillər 6,4%, misdən elektrik izolyasiyası olmayan çoxdamarlı məftil, tros və kabellərin istehsalı 73,5% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR