Azərbaycanda ilk dəfə olaraq fintex-startuplar üçün “Open Banking Lab” layihəsinə start verilir

Azərbaycanda ilk dəfə olaraq fintex-startuplar üçün “Open Banking Lab” layihəsinə start verilir
  • Clock-gray 13:28
  • calendar-gray 15 Avqust 2019

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi ilə ölkədə ilk dəfə olaraq fintex-startuplar üçün “Open Banking Lab” layihəsinə start verilir.

APA-Economics”in məlumatına görə, 16 həftə davam edəcək layihə çərçivəsində fintex-startapçılar fərdi və ya komanda şəklində öz ideyalarını təqdim edə biləcəklər.

İlkin seçmə mərhələləsini keçən fintex-startuplar inkubasiya proqramında iştirak edərək qabaqcıl ekspertlərin iştirakı ilə təlim keçə biləcəklər. Eyni zamanda, fərqlənən iştirakçılara ölkə banklarının birinin maliyyə xidmətlərinə qoşulmaq üçün test rejimində olan Açıq API interfeysinə çıxış veriləcək.
Açıq API (Open API) - müştərilərə bank xidmətlərini bankdankənar servislər, məsələn, ödəniş platformaları və ya onlayn kredit platformaları vasitəsilə əldə etmək imkanı verən mexanizmdir.

Açıq API vasitəsilə developerlər bank müştəriləri üçün müştəri yönümlü və onların ehtiyaclarını qarşılayan proqram və xidmətlər yarada biləcəklər.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date