Azərbaycanda indiyədək tikinti materiallarının istehsalı üzrə investisiya təşviqi sənədini 17 şirkət alıb

Azərbaycanda indiyədək tikinti materiallarının istehsalı üzrə investisiya təşviqi sənədini 17 şirkət alıb
# 22 oktyabr 2019 10:38 (UTC +04:00)

İndiyədək Azərbaycanda 17 şirkət tikinti materiallarının istehsalı üzrə investisiya təşviqi sənədi alıb.

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycanın İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov “BakuBuild 2019” tikinti sərgisinin açılış mərasimində çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu da 170 mln. manat həcmində investisiyaların yatırılmasını nəzərdə tutur. Bundan əlavə, bu, 2 minə yaxın yeni iş yerlərinin açılmasını nəzərdə tutur.

Nazir müavini qeyd edib ki, son illərdə ölkədə sənayeləşmə məsələsinə böyük diqqət göstərilir, ixrac potensialının inkişafı, idxalı əvəz edəcək istehsal müəssisələrinin yaradılması sahələrində mühüm işlər aparılır. Bütün bunlar ölkədə qeyri-neft sektorunun daha da çox inkişafını təmin edir.

Açılış zamanı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müavini Dövlətxan Dövlətxanov və Kiçik və Orta biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycanda tikinti sektorunun inkişafını xüsusilə qeyd ediblər, bu sahədə aparılan işlər haqqında danışıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR