Azərbaycanda innovativ elektron ticarət mexanizmi tətbiq oluna bilər

Azərbaycanda innovativ elektron ticarət mexanizmi tətbiq oluna bilər
# 15 oktyabr 2019 13:40 (UTC +04:00)

Çinin e-Trade adlı innovativ elektron ticarət mexanizmi Azərbaycanda öz əksini tapa bilər.

Bunu "APA-Economics"ə İnnovasiya Agentliyinin İdarə Heyətinin üzvü Fariz Quliyev deyib.

Onun sözlərinə görə, bu yanaşma özündə e-ticarət ekosisteminin üç əsas iştirakçılarını (bankları, elektron ticarət platformalarını və alıcıları) birləşdirərək onlayn satışların həcminin əhəmiyyətli dərəcədə artımına səbəb ola bilər.

"İlk növbədə söhbət məlumatların emalından gedir ki, bu da alıcılara onların bank kartlarında lazımi vəsait olmadığı təqdirdə malların sifariş edə bilməsinə imkan yaradır. Bildiyimiz kimi, kart sahibinin kredit qabiliyyəti barədə bankda lazımi məlumat var. Çində belə bir təcrübə var ki, belə olan halda alıcı e-ticarət platformasında özü barədə zəruri məlumatları daxil edir və bu məlumatlar saytla bank arasında təhlil olunaraq, malın satılıb-satılmayacağına dair qərar qəbul edilir. Müsbət cavab aldıqda, alıcı malın dəyərini 12 ayadək bölməklə dərhal əldə edir", - deyə F. Quliyev qeyd edib.

Agentliyinin İdarə Heyətinin üzvü əlavə edib ki, belə bir təcrübənin Azərbaycanda tətbiqi üçün istedadlı İT mütəxəssislər, kompüter proqramçıları cəlb olunmalıdır: "Bu, lokal elektron ticarət platformalarda satışların həcmini və bazar iştirakçılarının sayını artıracaq. İnnovasiya Agentliyi olaraq bizi bu layihənin icra yolları düşündürük", - deyə F. Quliyev bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR