Azərbaycanda internetin nüfuz səviyyəsi 79% təşkil edib

Azərbaycanda internetin nüfuz səviyyəsi 79% təşkil edib
  • Clock-gray 16:06
  • calendar-gray 23 Avqust 2019

Bu ilin 30 iyun tarixinə Azərbaycanda internetin nüfuz səviyyəsi 79% təşkil edib.

APA-Economics”in məlumatına görə, bu barədə Beynəlxalq Statistika Təşkilatının (Internet World Stats - IWS) dərc etdiyi qlobal şəbəkə istifadəçilərinin sayına dair hesabatda deyilir. Hesabata qeyd edilib ki, Azərbaycanda internet istifadəçilərinin sayı 7,91 milyon təşkil edir.

Əhali arasında internetin yayılması baxımından Cənubi Qafqaz və Orta Asiya ölkələri arasında Azərbaycan Gürcüstanı, Ermənistanı, Qazaxıstanı, Özbəkistanı, Qırğızıstanı, Tacikistanı və Türkmənistanı qabaqlayır.

IWS hesabatına əsasən Cənubi Qafqaz və Orta Asiya ölkələri arasında 17,1 milyondan çox internet istifadəçi sayı birinci yerdə Özbəkistan qərarlaşıb.

Cənubi Qafqaz və Orta Asiya ölkələri üzrə göstəricilər:

Ölkə

İnternet istifadəçilərin sayı (30 iyun 2019-cu il tarixinə)

İstifadəçilərin əhali sayına nisbəti

Özbəkistan

17 161 534

52,3 %

Qazaxıstan

14 210 607

76,4 %

Azərbaycan

7 911 514

79%

Gürcüstan

2 658 311

68,1 %

Qırğızıstan

2 493 400

40,1 %

Ermənistan

2 126 716

72,4 %

Türkmənistan

1 262 794

21,2 %

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date