Azərbaycanda istehsal olunan tikinti materiallarının dəyəri 8%-dək artıb

Azərbaycanda istehsal olunan tikinti materiallarının dəyəri 8%-dək artıb
# 20 avqust 2019 11:23 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal olunan məhsulun ümumi dəyəri 7,8% artaraq 460,5 milyon manat təşkil edib.

APA-Economics”-in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, tikinti kərpicinin istehsalı 58,3%, tikinti əhənginin istehsalı 54,7%, hörmə üçün hazır beton qarışığının istehsalı 14,4%, sementin istehsalı 0,5% artıb, betondan yığma tikinti konstruksiyalarının istehsalı 51,9%, tikinti gipsinin istehsalı 82,2% azalıb.

Tikinti materiallarının istehsalı sahəsində əsas məhsul növlərinin buraxılışı

Məhsul növləri

2019-cu ilin yanvar-iyul aylarında istehsal olunub

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə

01.08.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı

Sement, min ton

1 928,0

100,5

63,6

Tikinti gipsi, min ton

5,8

17,8

2,1

ondan əmtəəlik

5,7

75,2

2,1

Tikinti əhəngi, min ton

26,3

154,7

1,9

Sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpicləri, min ton

63,7

126,5

43,6

Betondan yığma tikinti konstruksiyaları, min kub metr

25,1

48,1

5,5

Asfalt, min ton

165,3

148,8

-

Tikinti kərpici, min kub metr

246,9

158,3

16,4

Hörmə üçün hazır beton qarışığı, min ton

945,6

114,4

-

Emal olunan mərmər, travertin, alebastr və onlardan məmulatlar, ton

20 312,1

145,2

352,0

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR