Azərbaycanda istifadədə olan kompüterlərin sayı artıb

Azərbaycanda istifadədə olan kompüterlərin sayı artıb
# 05 sentyabr 2019 16:56 (UTC +04:00)

Azərbaycanda 2018-ci ildə istifadədə olan kompüterlərin sayı əvvəlki illə müqayisədə 1,3% artaraq cari ilin yanvarın 1-nə 1 557,9 min ədəd təşkil edib. Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.

Komitənin məlumatına görə, ötən ilin sonuna ölkə üzrə istifadədə olan kompüterlərdən 849,5 mini masaüstü kompüterlərin, 708,4 mini isə portativ kompüterlərin payına düşüb.

Hesabat ilində əhalinin hər 100 nəfərinə düşən kompüterlərin sayı 15,8 ədəd olub ki, bu da 2017-ci ilin göstəricisini 0,6% üstələyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR