Azərbaycanda kiberbarometr layihəsinin icrası istiqamətində işlər aparılır

Azərbaycanda kiberbarometr layihəsinin icrası istiqamətində işlər aparılır
# 21 sentyabr 2022 10:55 (UTC +04:00)

Azərbaycanda kiberbarometr layihəsinin icrası istiqamətində işlər aparılır.

"APA-Economics" xəbər verir ki, bunu 2-ci “Beynəlxalq Kibertəhlükəsizlik Günü”nə həsr olunan "Kibertəhlükəsiz iqtisadiyyatlar: innovativ yanaşma və həllər" adlı tədbirdə çıxış edərkən, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının idarə heyətinin sədri Rahid Ələkbərli deyib.

Onun sözlərinə görə, hazırda belə bir layihə BP şirkəti çərçivəsində icra edilir.

"Barometrin xüsusi indikatorları var ki, o indikatorların formalaşmasını ümumilikdə neft və energetika sahəsində olan təşkilatların həmin sektor üzrə göstəricilərini və iqtisadiyyatın digər sektorlarları üzrə olan göstəricilərin toplanması ilə ölkənin kiberhazırlığını qiymətləndirməyini hədəfləyirik. Bu olduqca vacib bir məsələdir, çünki 2026-cı ildə 80% təşkilatlar son istifadəçilərin - həm operatorların, həmçinin işçilərin, rəhbərlərin öz fəaliyyətində həm veb texnologiyalarıňın, həm bulud texnologiyalarının və digər informasiya sistemlərinin hamısının vahid bir platformada, son istifadəçi platforması üzərindən informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində hazırlıqlar gedir",- deyə Rahid Ələkbərli qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR