Azərbaycanda kompüterlə təchiz olunmuş məktəblərin sayı ötən il 4 212-ə çatıb

Azərbaycanda kompüterlə təchiz olunmuş məktəblərin sayı ötən il 4 212-ə çatıb
# 06 sentyabr 2019 11:09 (UTC +04:00)

Ötən ilin sonuna Azərbaycandakı məktəblərin 95,3%-i kompüterlə təchiz olunub ki, bu da 2017-ci ilin göstəricisindən 0,6 faiz bəndi çoxdur. Bu barədə “APA-Economics”ə Dövlət Statistika Komitəsindən bildirilib.

Komitədən verilən məlumata görə, bu göstərici şəhərlər və kəndlər üzrə müvafiq olaraq 98,4% və 94,1% təşkil edib. 2017-ci ilin nəticələri ilə müqayisədə şəhərlər üzrə 0,1 faiz bəndi azalma, kəndlər üzrə isə 0,7 faiz bəndi artım müşahidə olunub.

2018-ci ilin sonuna olan məlumata əsasən, ölkə üzrə 4 212 məktəb kompüterlərlə təchiz olunub ki, bu da 2017-ci ilin göstəricisindən 0,5% çoxdur. 2018-ci ilin sonuna ölkə üzrə məktəblərdə mövcud olan kompüterlərin sayı 79 693 ədəd təşkil edib. Bu, əvvəlki ilin göstəricisindən 6% çoxdur.

Orta hesabla 2018-ci ilin göstəricisinə görə, ölkə üzrə bir kompüterə düşən şagirdlərin sayı (hazırlıq siniflərinin şagirdləri istisna olmaqla) 20 nəfər olub ki, bu rəqəm 2017-ci ilin müvafiq göstəricisinə bərabər olub.

Ötən ilin sonuna ölkə üzrə internetə çıxışı olan məktəblərin sayı 2017-ci illə müqayisədə 1,6% artaraq 2 419-a çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR