Azərbaycanda "Linkedin"də qeydiyyat sayı 2%-dək artıb

Azərbaycanda "Linkedin"də qeydiyyat sayı 2%-dək artıb
# 21 aprel 2022 17:18 (UTC +04:00)

Bu ilin mart ayında Azərbaycanda "Linkedin" sosial şəbəkə istifadəçilərinin sayı fevral ayı ilə müqayisədə 1,8% və ya 10 min nəfərədək artıb. "APA-Economics"in əldə etdiyi məlumata görə, aprelin 1-i tarixinə ölkə üzrə 572,1 min nəfər aktiv "Linkedin" istifadəçisi qeydə alınıb ki, bu da ölkə əhalisinin 5,6%-ni təşkil edir.
Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə "Linkedin" istifadəçilərinin sayı 19,3% və ya 92,8 min nəfər artıb.
“Linkedin”in ən böyük istifadəçi qrupu 25-34 yaş arası insanlardan (330 min) ibarət olub ki, bu da ölkə üzrə bu şəbəkənin ümumi istifadəçilərin sayının 57,7%-ni təşkil edib. İstifadəçilərin 28%-i və ya 160 min nəfəri 18-24 yaş kateqoriyasına, 13,3%-i və ya 76 min nəfəri 35-54 yaş kateqoriyasına, 1,1%-i və ya 6,1 min nəfəri isə 55 və ya yuxarı yaş kateqoriyasından olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR