Azərbaycanda "Linkedin"də qeydiyyat sayı mayda 20 min nəfər artıb

Azərbaycanda "Linkedin"də qeydiyyat sayı mayda 20 min nəfər artıb
# 28 iyun 2022 10:57 (UTC +04:00)

Bu ilin may ayında Azərbaycanda "Linkedin" sosial şəbəkə istifadəçilərinin sayı aprel ayı ilə müqayisədə 3,5% və ya 20 min nəfər artıb.

"APA-Economics"in əldə etdiyi məlumata görə, iyunun 1-i tarixinə ölkə üzrə 593 min nəfər aktiv "Linkedin" istifadəçisi qeydə alınıb ki, bu da ölkə əhalisinin 5,8%-ni təşkil edir.

Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə isə istifadəçi sayı 21,2% və ya 103,7 min nəfər artıb.

“Linkedin”in ən böyük istifadəçi qrupu 25-34 yaş arası insanlardan (340 min) ibarət olub ki, bu da ölkə üzrə bu şəbəkənin ümumi istifadəçilərin sayının 57,3%-ni təşkil edib. İstifadəçilərin 28,7%-i və ya 170 min nəfəri 18-24 yaş kateqoriyasına, 13%-i və ya 77 min nəfəri 35-54 yaş kateqoriyasına, 1%-i və ya 6 min nəfəri isə 55 və ya yuxarı yaş kateqoriyasından olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR