Azərbaycan minik avtomobillərinin istehsalını 5 dəfəyə yaxın artırıb

Azərbaycan minik avtomobillərinin istehsalını 5 dəfəyə yaxın artırıb
# 16 sentyabr 2019 15:26 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 1 496 ədəd minik avtomobili istehsal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,8 dəfə çoxdur.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövrü ərzində Azərbaycanda traktor istehsalı 11,7% azalaraq 863 ədəd təşkil edib.

Məlumata əsasən, bu ilin yanvar-avqust aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 204,2 mln. manatlıq məhsul istehsal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,6% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR