Azərbaycanda mobil rabitə sektorunun gəliri azalıb

Azərbaycanda mobil rabitə sektorunun gəliri azalıb
# 14 iyun 2019 14:10 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 344,7 mln. manat təşkil edib. Bu barədə “APA-Economics”ə Dövlət Statistika Komitəsindən bildirilib.

Hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4% azalıb. Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 41,9%-ni təşkil edib.

Komitədən həmçinin bildirilib ki, cari ilin 5 ayı ərzində informasiya və rabitə müəssisələri tərəfindən 822,7 mln. manatlıq xidmət göstərilib ki, onun da 72%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri real ifadədə 14,9% artıb. Bu sahədə əldə olunan gəlirin 82,7%-i qeyri-dövlət sektorunun payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR