Azərbaycanda 2019-2023-cü illərdə mobil telefon abunəçilərinin sayı hər il 0,5% artacaq - PROQNOZ

Azərbaycanda 2019-2023-cü illərdə mobil telefon abunəçilərinin sayı hər il 0,5% artacaq - PROQNOZ
# 22 oktyabr 2019 17:57 (UTC +04:00)

2023-cü ilədək Azərbaycanda mobil telefon abunəçilərinin (nömrələrin) sayının illik artım tempi 0,5% təşkil edəcək.

"APA-Economics"in Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfinə istinadən verdiyi məlumata görə, cari ilin sonuna bu göstərici 10 389,7 min nəfər təşkil edəcək ki, bu da 2018-ci ilin rəqəmini 0,5% üstələyəcək. 2020-ci ildə abunəçilərin sayı 10 439,7 min, 2021-ci ildə – 10 489,7 min, 2022-ci ildə – 10 539,7 min, 2023-cü ildə isə 10 589,7 min nəfər təşkil edəcək.

Proqnoza görə, ölkə üzrə 2023-cü ilədək əsas telefon aparatlarının orta illik artım tempi 0,08% təşkil edəcəyi proqnozlaşdırılır. Bu göstərici bu ilin sonuna 1 460,8 min ədəd təşkil edəcək ki, bu da 2018-ci ilin göstəricisini 0,16% üstələyəcək. 2020-ci ildə əsas telefon aparatların sayı 1 462,4 min ədəd, 2021-ci ildə – 1 463,6 min, 2022-ci ildə – 1 464,6 min və 2023-cü ildə isə 1 465,4 min ədəd təşkil edəcəyi gözlənilir.

Əhalinin hər 100 nəfərinə düşən əsas telefon aparatlarının sayı 2023-cü ilin sonunadək dəyişməyərək 15 ədəd təşkil edəcəyi proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR