Azərbaycanda mobil və sabit internetin sürəti apreldə artıb

Azərbaycanda mobil və sabit internetin sürəti apreldə artıb
# 19 may 2022 13:14 (UTC +04:00)

Bu ilin aprel ayında Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində giriş internet trafikinin sürəti 32,52 Mbit/s təşkil edib.

"APA-Economics"in "Ookla"nın "Speedtest Global Index"in məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici mart ayı ilə müqayisədə 7% artıb.
Cari ilin aprelində ölkənin mobil şəbəkələrində çıxış trafikinin sürəti mart ayının göstəricisi ilə müqayisədə 13% artaraq 10,14 Mbit/s olub.
Qeyd edək ki, dünya üzrə mobil trafikinin giriş və çıxış sürəti müvafiq olaraq 30,75 Mbit/s və 8,78 Mbit/s təşkil edib. Aprel ayının nəticələrinə görə, Azərbaycan bu göstərici üzrə 142 ölkə arasında 6 pillə irəliləyərək 57-ci yerdə qərarlaşıb.

Mobil internet sürətinə görə liderlərin ilk üçlüyünə BƏƏ (134,48 Mbit/s), Qətər (129,36 Mbit/s) və Norveç (116,17 Mbit/s) daxil olub.
Reytinqə əsasən, bu ilin aprel ayında Azərbaycanda sabit genişzolaqlı internet trafikinin giriş sürəti 20,28 Mbit/s, çıxış sürəti isə 21,9 Mbit/s təşkil edib. Mart ayı ilə müqayisədə giriş sürəti 1,7%, çıxış sürəti isə 3,5% artıb.

Bu ilin aprel ayının nəticələrinə görə, sabit internetin sürəti reytinqində Azərbaycan 181 ölkə arasında 1 pillə irəliləyərək 118-ci yerdə qərarlaşıb.
Dünyada ən sürətli sabit interneti olan ilk üç lider ölkə Sinqapur – 207,61 Mbit/s, Çili – 200,01 Mbit/s və Tayland – 189,64 Mbit/s olub.
Bu ilin aprelində qlobal sabit internetin giriş və çıxış trafikinin orta sürəti isə müvafiq olaraq 63,46 Mbit/s və 27,06 Mbit/s təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR