Azərbaycanda mobil və sabit internetin sürəti iyunda artıb

Azərbaycanda mobil və sabit internetin sürəti iyunda artıb
# 21 iyul 2022 10:19 (UTC +04:00)

Bu ilin iyun ayında Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində giriş internet trafikinin sürəti 33,64 Mbit/s təşkil edib.

"APA-Economics"in "Ookla"nın "Speedtest Global Index"in məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici may ayı ilə müqayisədə 4,5% artıb.
Cari ilin iyununda ölkənin mobil şəbəkələrində çıxış trafikinin sürəti may ayının göstəricisi ilə müqayisədə 0,3% artaraq 10,07 Mbit/s olub.

Qeyd edək ki, dünya üzrə mobil trafikinin giriş və çıxış sürəti müvafiq olaraq 31,01 Mbit/s və 8,66 Mbit/s təşkil edib. İyun ayının nəticələrinə görə, Azərbaycan bu göstərici üzrə 139 ölkə arasında 3 pillə irəliləyərək 58-ci yerdə qərarlaşıb.

Mobil internet sürətinə görə liderlərin ilk üçlüyünə Norveç (126,96 Mbit/s), BƏƏ (120,37 Mbit/s) və Bolqarıstan (110,61 Mbit/s) daxil olub.
Reytinqə əsasən, bu ilin iyun ayında Azərbaycanda sabit genişzolaqlı internet trafikinin giriş sürəti 22,00 Mbit/s, çıxış sürəti isə 23,66 Mbit/s təşkil edib. May ayı ilə müqayisədə giriş sürəti 4,7%, çıxış sürəti isə 3% artıb.

Bu ilin iyun ayının nəticələrinə görə, sabit internetin sürəti reytinqində Azərbaycan 182 ölkə arasında (may ayında olduğu kimi) 118-ci yerdə qərarlaşıb.

Dünyada ən sürətli sabit interneti olan ilk üç lider ölkə Çili – 213,73 Mbit/s, Sinqapur – 203,61 Mbit/s və Çin – 188,03 Mbit/s olub.
Bu ilin iyununda qlobal sabit internetin giriş və çıxış trafikinin orta sürəti isə müvafiq olaraq 66,25 Mbit/s və 28,56 Mbit/s təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR