Azərbaycanda müşahidə olunan hava qaz istehlakını maksimuma çatdırıb

Azərbaycanda müşahidə olunan hava qaz istehlakını maksimuma çatdırıb
# 21 yanvar 2022 17:21 (UTC +04:00)

"Ötən gün Azərbaycanda təbii qazın istehlak həcmi əvvəlki günə nisbətən 2,696 mln. kubmetr çox olub. Yanvarın 20-si ən çox qaz istehlak edilən gün olub".

“Azəriqaz” İstehsal Birliyindən “APA-Economics”ə verilən məlumata görə, bunu "Azəriqaz"ın Rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsinin rəisi Rasim Əhmədov KİV nümayəndələri ilə keçirilən növbəti “Açıq qapı” aksiyası zamanı bildirib.

Onun sözlərinə görə, gün ərzində 42,269 mln. kubmetr qaz istehlak edilib. Bunun 24,961 mln. kubmetri Bakı və Abşeronun, qalan 17,308 mln. kubmetri isə bölgələrin payına düşüb. Birliyin 104 Operativ xidmət şöbəsinin rəisi Xalidə Şimşək ölkə üzrə təbii qaz limitinin yenilənməsi prosesi ilə bağlı son statistik göstəriciləri media nümayəndələrinin diqqətinə çatdıraraq bu işlərin tamamilə yekunlaşdığını bildirib.

Hüquq Departamentinin rəisi Vüqar Eyvazov isə media nümayəndələrinin hansı halda “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşlarının abonentin evinə yaxınlaşmasına icazə verilməsilə bağlı olan sualını cavablandırıb. Departament rəisi abonentlərə səslənərək Birliyin məsuliyyət həddinin qanunvericiliyə əsasən sayğaca qədər olduğunu, lakin sayğacdan sonra istehlakçının özünün hər hansısa bir xidmətlə bağlı dəvəti olarsa, əməkdaşlarımızın fərdi yaşayış evinə və ya mənzilə daxil olmasının mümkün olduğunu bildirib. Yəni, mövcud qanunvericiliyə görə vətəndaşın icazəsi olmadan Birlik əməkdaşı evə daxil ola bilməz.

Hər həftə təşkil olunan “Açıq qapı” aksiyası Birliyin “Facebook” səhifəsində canlı yayımlanır. Bu da KİV nümayəndələri ilə bərabər adi vətəndaşlara da onları maraqlandıran suallara cavab tapmasına köməklik edir. Birliyin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov canlı yayım zamanı vətəndaşlar tərəfindən yaşayış məntəqələrinin və yeni yaşayış massivlərinin qazlaşdırılması ilə bağlı ünvanlanan suallara aydınlıq gətirib. Şöbə rəisinin sözlərinə görə, 2022-ci ilin qazlaşma proqramına əsasən 110-a yaxın yaşayış məntəqəsinin və yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR