Azərbaycanın nəqliyyat sektorunda yük və sərnişin daşımaları artıb

Azərbaycanın nəqliyyat sektorunda yük və sərnişin daşımaları artıb
# 16 sentyabr 2019 13:23 (UTC +04:00)

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 154,4 mln. ton yük daşınıb, bu isə 2018-ci ilin müvafiq dövrünə nisbətən 1,7% artım deməkdir.

APA-Economics”ə Dövlət Statistika Komitəsindən verilən məlumata görə, daşınmış yüklərin 2,6% dəniz, 6,2%dəmir yolu, 0,1% hava, 65,7 f% avtomobil nəqliyyatı, 25,4% isə boru kəməri ilə daşınmışdır.

Məlumata əsasən, hesabat dövrü qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 2,3% aartıb və daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 82,6% təşkil edib.

Bundan başqa, 2019-cu ilin yanvar-avqust aylarında nəqliyyatçılar 1303,8 mln. nəfərə və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 1,9% çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 88,2% avtomobil nəqliyyatı, 11,5% metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR