Azərbaycanda noutbukların bazar payı artıb

Azərbaycanda noutbukların bazar payı artıb
# 03 iyul 2019 15:03 (UTC +04:00)

Bu ilin iyun ayı ərzində portativ kompüterlərin (noutbuk və netbukların) Azərbaycanda bazar payı 6,5 faiz bəndi artıb.

APA-Economics”in "Global Stats" statistika mərkəzinə istinadən verdiyi məlumata görə, noutbukların bazar payı iyulun 1-nə 57,1% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz bəndi azdır.

Mərkəzin məlumatına əsasən, cari ilin iyun ayı ərzində ölkə üzrə stolüstü kompüterlərin bazar payı may ayı ilə müqayisədə 8 faiz bəndi azalaraq iyul ayının 1-nə 41,% təşkil edib. Bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 6,2 faiz bəndi çoxdur.

Hesabatda iyul ayının 1-nə olan məlumata görə, ölkə üzrə planşet kompüterlərin bazar payı 1,65% təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə isə 29,4 faiz bəndi azdır. Bu seqment üzrə iyun ayı ərzində (may ayı ilə müqayisədə) 5,7 faiz bəndi artım müşahidə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR