Azərbaycanda "Qafqaz Motor Şou 2022" avtomobil sərgisi keçiriləcək

Azərbaycanda "Qafqaz Motor Şou 2022" avtomobil sərgisi keçiriləcək
# 20 iyul 2022 16:02 (UTC +04:00)

İyulun 29-31-də Qəbələdə "Qafqaz Motor Şou 2022" avtomobil sərgisi keçiriləcək.

"Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" (AADA) İctimai Birliyindən "APA-Economics"ə verilən məlumata görə, tədbirin təşkilatçısı Azərbaycan Avtomobil Federasiyasıdır.

AADA İdarə Heyətinin sədri Natiq Zərbəliyev deyib ki, yalnız rəsmi avtomobil idxalçılarının və dilerlərinin iştirakı ilə təşkil edilən motor-şou unikallığı ilə seçiləcək.

2003-cü ildən başlayaraq bu avtomobil forumu Xaçmaz rayonunun Nabran istirahət zonasında, Abşeronun ən populyar çimərliklərində, Şəki və Qəbələ şəhərlərində, Bakıda, Ağ şəhər ərazisində təşkil olunub.

Son iki ildə pandemiya ilə əlaqədar sərgilər keçirilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR