Azərbaycanda qazlaşması səmərəsiz olan yaşayış məntəqələrinin sayı açıqlanıb

Azərbaycanda qazlaşması səmərəsiz olan yaşayış məntəqələrinin sayı açıqlanıb
# 19 avqust 2022 12:28 (UTC +04:00)

Azərbaycanda 400-ə yaxın yaşayış məntəqəsinin qazlaşdırılması iqtisadi cəhətdən səmərəli deyil.

"APA-Economics"in məlumatına görə, bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu günə ölkədə 800 yaxın qazlaşmayan yaşayış məntəqəsi var, onların isə tam yarısının qazlaşması perspektivi görünmür, iqtisadi səmərəli deyil.

Onun sözlərinə görə, qazlaşmamış məntəqələrin sayı böyük görünsə də onların sırasında elələri var ki, cəmi 7-15 evdən ibarətdir (evlər də biri birində böyük məsafədə yerləşir) və magistral kəmərlərdən uzaqda yerləşirlər.

“Biz çalışırıq ki, ərazi magistral kəmərlərə yaxın və iqtisadi cəhətdən əlverişli olsun ki, biz az vəsaitlə daha böyük həcmdə qazlaşma işləri həyata keçirdə bilək”, - deyə Ruslan Əliyev vurğuladı.

O əlavə etdi ki, hazırda respublika üzrə qazlaşma səviyyəsi 96,3%-dir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR