Azərbaycanda radioelektron vasitələrin qeydiyyatı asanlaşdırılacaq

Azərbaycanda radioelektron vasitələrin qeydiyyatı asanlaşdırılacaq
# 27 yanvar 2022 15:37 (UTC +04:00)

Azərbaycanda radioelektron vasitələrin qeydiyyat prosedurları sadələşdiriləcək.

"APA-Economics" xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov "Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər" adlı seminarda çıxış edərkən deyib.

Onun sözlərinə görə, qeyd olunan məsələ ilə bağlı nazirliyə şikayətlər daxil olur: “Bu gün elementar bir radioqəbuledicinin (ratsiyanın) ölkəyə gətirib qeydiyyata salınması üçün təkcə bizim nazirliyin üç qurumuna müraciət olunmalıdır. Mən hələ kənar qurumları demirəm. Belə olduğu halda proses 2-3 ay uzanır ki, bu da sahibkarların vaxt itkisinə səbəb olur. Artıq bununla bağlı konkret istiqamətlər üzrə - həm prosedurların sadələşdirilməsi, həm onların vahid portal üzərindən onlayn müraciət əsasında qeydiyyata alınması bu ilə olan layihələrdəndir ki, biz onu da tam icra edə biləcəyik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR